AZ

Sergey Ryabkov: Rusiya nüvə silahlarına nəzarətin olmadığı reallığa hazırdır

BAKI, 3 fevral. TELEQRAF

“Rusiya nüvə silahlarına nəzarət məhdudiyyətlərinin tətbiq olunmayacağı yeni reallığa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Diplomatın sözlərinə görə, Moskva və Vaşinqton razılığa gəlməsə, Yeni START müqaviləsinin müddəti fevralın 5-də bitəcək.

Ryabkov qeyd edib ki, ABŞ-nin Rusiyanın təkliflərinə cavab verməməsi də mövqe hesab edilə bilər.

Nazir müavini əlavə edib ki, onilliklər ərzində ilk dəfə olaraq dünyanın iki ən böyük nüvə gücü məhdudiyyətsiz fəaliyyət göstərə bilər.

Sergey Ryabkov Rusiyanın silahlara nəzarət məsələsində Çinin mövqeyini dəstəklədiyini də bəyan edib.

Seçilən
6
teleqraf.com

1Mənbələr