AZ

"Qarabağ"ın "Nyukasl"la oyunöncəsi "Neftçi" matçı ertələnir? - EKSKLÜZİV

Misli Premyer Liqasının XXI turunun "Neftçi" - "Qarabağ" matçının taleyi müəyyənləşib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu ötən gün oyunun təxirə salınması üçün PFL-ə müraciət edib.

Lakin reqlamentə əsasən, "Qarabağ"ın istəyinin baş tutması üçün hər iki klubun razılığı olmalıdır. Bu səbəbdən qurumdan "ağ-qaralar"a məktub ünvanlanıb.

"Neftçi" isə bu tələblə razılaşmayıb. Bakı təmsilçisi matçın təxirə salınmasına etiraz edib. Onlar görüşün qeyd olunan vaxtda keçirilməsinin tərəfdarı olublar.

Nəticədə matçın 21 fevral 19:00-da "Palms Sports Arena"da baş tutmasına qərar verilib.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində hər klubun bununla bağlı hər mərhələdə 1 dəfə müraciət etməsi mümkündür. Lakin bunun baş tutması üçün rəqib komandanın razılığı olmalıdır.

Dumana görə təxirə salınan matçın vaxtı bəlli olub

Premyer Liqa: XX turun oyun cədvəli açıqlanıb

Jeremi Qnali “Qarabağ”da

"Zirə"nin legionerləri komandada qalacaq? - ÖZƏL

"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda

Seçilən
10
1
apasport.az

2Mənbələr