AZ

Qarapapaqların və qaraqalpaqların etnik tarixinə müqayisəli tipoloji kontekstdə baxış

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nizami Tağısoy

professoru

(əvvəli BU LİNKDƏ)

...Müasir elmdə insanın və etnosun geneologiyası ilə və onun konkret etnosa məxsusluğunu dəqiq DNK testi ilə aparmaq daha çox inandırıcıdır. Belə genetik ekspertiza zəruri vasitə və reaktivləri olan xüsusi laboratoriyalarda aparıla bilər. Qarapapaqlarla qaraqalpaqlar arasındakı etnik yaxınlığı müəyyənləşdirmək üçün, heç şubhəsiz ki, bioloji material nümunəsi verilməsi də zəruridir. Tədqiqat üçün həm də burada bukkal epiteli (genetik ekspertiza ağızın yuxarı hissəsindən götürülən nümunə) vermək lazımdır. Əgər belə mazok (nümunə) götürmək imkanı yoxdursa, bu zaman başqa material – bioloji məhlul ləkəsi, tüklərdən, dərinin hər hansı hissəsindən və s. istifadə etmək olar.

Bilmək lazımdır ki, bu və ya digər etnos insanların kollektiv mövcudluğunu göstərən sosial qrupdur. Etnos xalqın fərdiliyi və təkrarolunmazlığını sübut edir. Eyni zamanda bu, bir xalqı digərindn fərqləndirir. Belə ümumilik təbii-tarixi yolla yaranır və inkişaf edir, o heç də ona aid olan hər hansı insanın iradəsi ilə bağlı deyil və çoxəsrlik mövcudluğu təmin etməklə özü özünü yaradır. Lakin burada bir məqamı da yaddan çıxarmaq olmaz ki, qarapapaqlarla qaraqalpaqlar minildən artıqdır ki, yuxarı da qeyd etdiyimiz səbəb və proseslər ucbatından, onlar arasında səngimiş etnik birlik, inteqrasiya yaddan çıxarılmış və hazırkı dövrdə onlardan heç biri Şimali və Cənubi Qafqaz və digər ərazilərdə məskunlaşmış qan və can qardaşlarından perik düşdüyündən qarapapaqlarla qaraqalpaqların populyasiyası fərqli regionlarda getmişdir. Bu gün onlar arasındakı genetik əlaqələrin bərpasını hər ikisinin davranış hərəkətlərində də bərpa etmək o qədər də asan başa gələn məsələ deyildir. Qarapapaqlarla qaraqalpaqlar bir-birindən fərqli regionlarda olduqlarından onların mədəni kodlarında differensiyaya uğramış məqamlar ortaya çıxmaqla, həm də lokal mədəniyyətdə digərindən, yəni Cənubi Qafqaz, Şimali və Cənubi Azərbaycan, Gürcüstan və Türkiyədə yaşayan xalqların mədəniyyətindən əldə edilənlər ön plana çıxır.

Etnik birliklərdə mədəniyyətin özünəxas xarakterində rus etnoloqu L.Qumilyovun fikrincə altı əlamət və xarakterik xüsusiyyət özünü daha çox biruzə verir:

1. Etnos – tarixi zaman kəsiyində inkişaf edən, əvvəl (başlanğıc) və sona malik sistem olmaqla diskret (məntiqi qavrayışa, dərkə, rəqəm və işarələrə söykənən) prosesdır.

2. Etnos öz aralarında universal kriterilərə söykənməklə fərqli davranışın elə bir stereotipidir ki, bu da xüsusi davranış dili olmaqla irsi olaraq birindən digərinə keçir, lakin o genetik deyil, o irsi işarə mexanizmi sistemi ilə yaranır ki, bu da refleksiv olaraq valideynlərdən, həmyaşıdlardan davranış stereotipləri və vərdişlərin köməyi ilə formaşır.

3. Etnosun sistemli əlaqələri və etnosun birliyi biosferanın genetik enerjisi ilə qorunur.

Cağdaş mərhələdə qarapapaqlarla qaraqalpaqların etnik mədəniyyəti fərqli regionlarda gedən proseslər daxilində formalaşmış dil və mədəniyyət ümumiliyində, psixoloji düşüncədə, fərqli ərazilərdə səpələndiyindən bunlardan hər birisi vahid və ümumi tarixin parçası kimi qəbul edilməklə, demək olar ki, yaddaşlardan silinmişlər. Əvvəlki tarixi dönəmlərdə qarapapaqlar və qaraqalpaqlar ümumi vahid ərazidə ortaya çıxsalar da, sonrakı tarixi dönəmlərdə qarapapaqların Cənubi və Şimali Qafqaz ərazilərinə yerləşməsi nədənsə məntiqi yanaşmalarımızdan kənarda qalmış olar...

Beləliklə, qeyd etdiyimiz məqamlar nəzərə alınmaqla çağdaş biologiya, etnogenetika, etnotarix və digər elm sahələrinin köməyi ilə geneoloji DNK imkanlarından yararlanıb, testdən istifadə edib, onların genomunun müəyyən hissəsini tədqiq etməklə bu və ya digər yanaşmalara söykənməklə bu xalqın (etnosun) mənsəyi və geneoloji əlaqələri ilə bağlı adekvat informasiyasının ortaya qoyulması mümkündür. Yalnız əldə olunan belə məntiqi nəticələr müasir qarapapaq və qaraqalpaqların etnik yaxınlığı və oxşarlığı ilə bağlı aydın mənzərə yarada bilər. Bir məsələni də yaddan çıxarmaq olmaz ki, DNK-nın köməyi ilə əcdadların zahiri görünüşü və xarakteri haqqında da məlumatlar almaq mümkündür. Çünki alimlərin dərin inamına görə makromolekula insanın zahiri, səhhətinin vəziyyəti, sağlamlığı, onun digər xüsusiyyətləri ilə bağlı uyğun və təkzibedilməz təsəvvürlər yaratmağa qadirdir.

Qarapapaqların etnogenezinin daha əsaslı və inandırıcı mənşəyini öyrənmək üçün hazırladığımız materialda adlarını çəkdiyimiz mənbələrlə yanaşı, biz 1973-cü ildə nəşr olunmuş “Bolşaya Sovetskaya Ensiklopediya”nın müvafiq cildinə nəzər saldıqda görürük ki, burada yalnız “Qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupudur” müxtəsər cümləsinə, altmış iki cildlik “Bolşaya ensiklopediya”nın 20-ci cildində “Bolşaya Sovetskaya ensiklopediya”sındakı məlumatın olduğu kimi buraya köçürüldüyünü görürük.

1895-ci ildə nəşr olunmuş “Ensiklopedik lüğət”. T. XIIIA adlı son dərəcə dəyərli populyar bu nəşrin müvafiq yerində qarapapaqlar haqqında heç bir indormasiyanın olmadığı ilə rastlaşırıq.

“Azərbaycan Sovet Ensiklopediya”sının III cildində yenə də qarapapaqlarla bağlı verilmiş informasiya təsviri xarakter daşıyır. Burada bildirilir: “qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu olmaqla Azərbaycanın qərbində (əsasən Qazax r-nu), qismən Gürcüstan və Ermənistan, çox hissəsi xaricdə (Türkiyə və İranda) yaşayır. SSRİ-də yaşayan qarapapaqlar azərbaycanlılarla qaynayıb qarışmışlar. Məişətlərindəki bəzi yerli xüsusiyyətlər tədricən aradan qalxmışdır. Qarapapaqlar Türkiyə və İrana XIX əsrin əvvəllərində köçmişlər... Dindar qarapapaqlar müsəlmandırlar.

“Novaya Rossiyskaya Ensiklopediya”nın 12 cildliyində də heç bir məlumata rast gəlmirik.

Bundan sonra biz digər bir mənbəyə “Dünya xalqları. Etnoqrafik oçerklər. Qafqaz xalqları” kitabının ikinci cildliyinə də nəzər saldıq. Burada əsasən Azərbaycan, Gürcüstan və Ermənistanda yaşayan xalqlar və etnoqrafik qrupların (Azərbaycanda – azərbaycanlılarla yanaşı, tatlar, talışlar, udinlər, Şahdağ qrupu xalqları buduqlar, qrızlar, xınalıqlar; Ermənistanda – ermənilər, kürdlər, assuriyalılar; Gürcüstanda – gürcülərlə yanaşı, abxazlar və Qafqaz yunanlarının adları çəkilsə də, qarapapaqlarla bağlı hər hansı informasiya təqdim olunmuşdir

Oxucuların və mütəxəssislərin diqqətinə təqdim etdiyimiz çoxsaylı yanaşma və nəzər nöqtələri, vicdanlı alim-etnoqrafların baxışları və bu baxışlardan ortaya çıxan əsaslı qənaətlər onu göstərir ki, qarapapaqlarla qaraqalpaqları bir-birindən təcrid edib, diferensiasiyalı şəkildə nəzərdən keçirməyin nə tarixi, nə etnogenetik, nə nəzəri, nə də praktik bazası və faydası yoxdur. Qarapapaqlar hələ X əsrə qədər Cənubi Qafqaz, Azərbaycan, Cənubi Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərinə gəlmiş və burada məskunlaşmışlar. Qarapapaqlarla qaraqalpaqların bir etnos olaraq vahid gövdədən qaynaq almaları həm təqdim etdiyimiz alimlərin əksəriyyətinin baxışlarında, həm də bu qövmlərdən hər biri ilə yaxından tanış olduqda şübhə doğurmadığını mənbələr əsasında sübüt edə bilmişik.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
icma.az

1Mənbələr