Bakı. Trend:
Azərbaycanda maliyyə inklüzivliyinin artırılması vərəqəmsallaşmanın növbəti mərhələdə sürətli artımına nail olunmasıhədəflənir. 2023-cü ilin sonuna istehlakçı–biznes ödənişləri üzrə32% olan rəqəmsallaşma səviyyəsinin 2027-ci ilədək təxminən ikidəfə artacağı proqnozlaşdırılır. Eyni dövrdə KOB-lar arasındabiznes–biznes ödənişlərinin rəqəmsallaşma səviyyəsinin isə5–10%-dən 15–20%-ə yüksələcəyi gözlənilir.
Trend xəbərverir ki, bu barədə “Mastercard”ın Azərbaycan RespublikasınınMərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycandarəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədindəbildirilib.
Sənəddə qeyd edilib ki, Azərbaycan xüsusilə istehlakçıödənişlərinin rəqəmsallaşdırılması sahəsində nəzərəçarpacaqirəliləyiş əldə edib:
“2023-cü ildə bu göstərici 32% təşkil edirdi və proqnozlaraəsasən, 2024-cü ilin sonuna qədər 38%-ə yüksələcəyi gözlənilirdi.2017-ci ildə Mastercard ilə birgə başladılan “Nağdsız Azərbaycan”təşəbbüsü, xüsusilə son bir neçə ildə istehlakçı ödənişlərininrəqəmsallaşdırılmasının sürətlənməsində həlledici rol oynayıb. Butəşəbbüslərin uğurla icrası və maraqlı tərəflərin səmərəli dəstəyinəticəsində Azərbaycan rəqəmsal transformasiya sahəsində mühümaddımlar atıb.
Bununla belə, xüsusilə istehlakçı ödənişləri ilə yanaşı, KOB(kiçik və orta biznes) ödənişlərinin rəqəmsallaşdırılmasıistiqamətində hələ də əhəmiyyətli inkişaf potensialı mövcuddur. Buiki sahə arasında sinerjinin yaradılması Azərbaycana rəqəmsalödənişlər üzrə regional liderliyə iddialı olmağa imkan verəbilər”.
Məlumatda xatırladılıb ki, 2017-ci il təşəbbüsünün davamıolaraq, 2024-cü ildə həyata keçirilən “AzərbaycandaRəqəmsallaşmanın Növbəti Dalğası” adlı tədqiqat ödənişlərinrəqəmsallaşdırılmasının daha da sürətləndirilməsini vəkreditləşmənin genişləndirilməsini hədəfləyib:
“Tədqiqat həm istehlakçılar, həm də KOB-lar üzrəistehlakçı–biznes (C2B) və KOB-lar arası biznes–biznes (B2B) ödənişaxınlarını seqmentləşdirərək, hər bir seqmenti istifadə olunanödəniş üsulları və davranışlar üzrə təhlil edib vəölçüləndirib.
Rəqəmsal olmayan ödənişlərdən yüksək asılılıq müşahidə olunanseqmentlərdə mövcud çətinliklərin əsas səbəblərini müəyyənləşdirməküçün 15-dən çox əsas istiqaməti əhatə edən diaqnostik təhlilaparılıb. Tədqiqat çərçivəsində bazar mənzərəsininqiymətləndirilməsi, bazar sorğuları, fokus qruplar, maraqlıtərəflərlə müsahibələr, “mystery shopping” metodları və "MastercardAdvisors"un Azərbaycanın iqtisadi dinamikası üzrə dərinbiliklərindən istifadə olunub”.
Qeyd edilib ki, diaqnostik mərhələdən sonra təşəbbüslərinqiymətləndirilməsi aparılıb, bu çərçivədə Azərbaycanınrəqəmsallaşma yoluna oxşar inkişaf mərhələsində olan 40-dan çoxölkədən 60-dan artıq təşəbbüs nəzərdən keçirilib:
“Onlardan 22 təşəbbüs Azərbaycan üçün yüksək dərəcədə uyğunhesab edilib və onların icrası üzrə ətraflı yol xəritələrihazırlanıb. Bu proses rəqəmsallaşmanın növbəti dalğasınınirəlilədilməsi üçün əsas strategiyanı və praktik addımları müəyyənedib”.