AZ

İstanbuldakı İran-ABŞ danışıqlarında 6 ölkənin XİN rəhbərləri iştirak edəcək - KİV

İstanbulda keçiriləcək İran–ABŞ danışıqlarında ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner, o cümlədən bölgədəki altı ölkənin xarici işlər nazirləri də iştirak edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, İran tərəfdən danışıqlarda xarici işlər naziri Abbas Əraqçı iştirak edəcək.

Məlumata görə, görüşdə Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Pakistanın xarici işlər nazirlərinin də iştirakı planlaşdırılır.

Mənbə iddia edir ki, bu səviyyədə iştirak perspektivi ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqların başlamasına yol aça bilər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr