Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Naxçıvanın ən böyük bazarı - “57 Bazarı” kimi tanınan Bazar MMC uzun müddətdir bağlıdır.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Əvvəllər orada çalışan şəxslər bildiriblər ki, bazarın uzun müddətdir bağlı qalmasının səbəbi məlum deyil.
Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, artıq bir neçə gündür qurumdan sorğumuza cavab ala bilmirik.
Qeyd edək ki, sözügedən bazar uzun illərdir Naxçıvan sakinlərinin əsas ticarət məkanlarından biri hesab olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.