AZ

BDYPİ sürücülərə müraciət etdi

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakıgünlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü vəarabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdəyağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yolhərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə riskləryaradır.

Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarınıdaha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyəçağırır.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərəünvanladığı məlumatda bildirilir.

Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkətsürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edənnəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskinmanevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyatvasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı,yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsiazaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqdaistifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə maneolmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.

Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmişkeçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçündaha diqqətli və ehtiyatlı davranmalıdırlar.

Xüsusilə qeyd olunmalıdır ki, küləkli hava şəraiti ikitəkərli, ocümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrininidarə olunmasında ciddi çətinliklər yaradır. Güclü küləyin təsirinəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsivə aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər,həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükəyaradır.

Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısınınməsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayişetdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühümrol oynayır.

Məqalədə:
Seçilən
5
29
az.trend.az

10Mənbələr