AZ

Katolikos həbs oluna bilər

"Bir neçə gündür ki, Müqəddəs Eçmiədzin Ana Taxtında fevralın 6-19-da Avstriyada Yepiskopal Məclisin necə keçiriləcəyi müzakirə edilir. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyanın və onu dəstəkləyən ruhanilər bu tədbirin qarşısını almağa çalışır".

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Erməni nəşri mövzunu davam etdirərək qeyd edib: 

"Yepiskoplar, Masiyatsotn yeparxiyasının keçmiş rəhbəri, vəzifəsindən azad edilmiş yepiskop Gevork Saroyanın vəzifəsinə bərpa edilməsi ilə bağlı məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunurlar. Saroyan yanvarın 27-də katolikosun qərarı ilə vəzifəsindən azad edilib. Ona səyahət qadağası qoyulub.

Ruhani İdarəsi Avstriyada toplantının baş tutub-tutmayacağı barədə əlavə məlumat vermir, çünki Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) şiddətli təzyiq göstərməyə davam etdiyi, hətta Müqəddəs Eçmiədzin Ana Taxtının rəhbərinihəbs etməklə hədələyən siqnallar göndərdiyi barədə məlumatlar var".


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr