Bakı. Trend:
İranın Tehran şəhərində Cənnətabad məntəqəsində bazarda güclüyanğın başlayıb.
Trend-inməlumatına görə, bunu Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsüCalal Məleki yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, yerli vaxtla saat 09:55-də başlayan yanğın2 min kvadratmetr ərazini əhatəyə alıb.
Məleki bildirib ki, yanğının söndürülməsi üçün əraziyəyanğınsöndürən texnika cəlb olunub.
Yanğının səbəbi hələlik məlum deyil.