AZ

Daha bir ölkə rusiyalı diplomatların hərəkətini məhdudlaşdırdı

Çexiya akkreditə olunmamış Rusiya diplomatik missiyası əməkdaşlarının hərəkətinə məhdudiyyətlər tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiyanın Praqadakı səfirliyindən məlumat verilib.

"23 yanvar tarixində Rusiya səfirliyi Çexiya Xarici İşlər Nazirliyindən Aİ-nin məhdudiyyətləri çərçivəsində ölkə daxilində səyahət üçün yeni proseduru izah edən nota alıb. Bu, Çexiyada akkreditə olunmayan Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarına aiddir", - deyə diplomatik nümayəndəlikdən aydınlıq gətirilib.

Yanvarın 29-da Yunanıstan Xarici İşlər Nazirliyinin Rusiya diplomatlarının Avropa Birliyi daxilində hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsi barədə Afinadakı Rusiya səfirliyini məlumatlandırdığı açıqlanmışdı.

Seçilən
17
publika.az

1Mənbələr