AZ

Trampdan diqqətçəkən açıqlama - "Kanada, Qrenlandiya və Venesuelanı..."

ABŞ-ın Prezidenti Donald Tramp “Kanadayı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci, Venesuela isə 53-cü ştat ola bilər” açıqlamasını verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp keçən şənbə axşamı ABŞ siyasətinin ən elit şəxslərinin iştirak etdiyi bir şam yeməyində Qrenlandiyanı almağa dair zarafatlarla qarışıq bəyanatlar verib.

ABŞ-də siyasət və iş dünyasının məhdud sayda seçilmiş şəxslərinin dəvət edildiyi və mətbuatdan gizli keçirilən Alfalfa Klubunun illik yeməyində Trampın Qrenlandiya, Kanada və Venesuela barədə dedikləri diqqət çəkib. "JPMorgan Chase"in CEO-su Jamie Dimon və FED-in rəhbəri Jerome Powell kimi şəxslərin də iştirak etdiyi yığıncaqda Tramp, “Zaldakı bir çox insanı nifrət edirəm, amma əksəriyyətinizi sevirəm” - deyib.

Tramp “Qrenlandiyanın işğalını izləməli olduğum üçün danışığımı qısa tutmalıyıq”, - deyə zarafat edib. 

Şam yeməyində Tramp, “Qrenlandiyanı işğal etməyəcəyik. Onu alacağıq. Heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətim yox idi. Mən, Kanadayı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci, Venesuela isə 53-cü ştat ola bilər”, - deyə açıqlama verib.

Seçilən
3
manset.az

1Mənbələr