AZ

ABŞ İranla danışıqlar üçün yeni şərtlərini açıqladı

ABŞ İranla mümkün danışıqlar üçün irəli sürdüyü yeni şərtləri açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Trampın Kəşfiyyat və Təhlükəsizlik Qrupunun qərargah rəisinin müavini Bijən Kian məlumat verib.

Onun sözlərinə görə, Vaşinqtonun əsas tələbləri İranın nüvə və raket proqramlarının tam məhdudlaşdırılmasını nəzərdə tutur. Şərtlər sırasında uranın zənginləşdirilməsi səviyyəsinin sıfıra endirilməsi və Nətənz, Fordo və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinin tamamilə bağlanması yer alır.

ABŞ həmçinin İranın qabaqcıl sentrifuqalarının, o cümlədən IR-6 və daha yüksək modellərin məhv edilməsini tələb edir. Şərtlərə əsasən, İran Əlavə Protokola uyğun olaraq 24 saatlıq, məhdudiyyətsiz beynəlxalq yoxlamalara razılıq verməli və nüvə obyektlərində daimi müşahidə kameraları quraşdırılmalıdır.

Bundan əlavə, Vaşinqton Tehrandan nüvə tədqiqat və inkişaf fəaliyyətlərini 15–20 il müddətinə tam dayandırmağı, 2000 kilometrdən artıq mənzilli raketlərin istehsalına qadağa qoymağı tələb edir.

Açıqlanan şərtlər arasında İranın mövcud raket ehtiyatlarının, o cümlədən “Şahab-3” və “Seccil” tipli raketlərin məhv edilməsi də yer alır.

Seçilən
11
veteninfo.az

1Mənbələr