AZ

“Qarabağ” yeni transferi üçün nə qədər ödəyib?

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.

Ağdam təmsilçisinin futbolçu üçün nə qədər təzminat ödədiyi də müzakirə mövzusudur. Fransalı oyunçunun dəyəri nüfuzlu “transfermarkt” saytında 450 min avro olaraq göstərilib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

Seçilən
19
idmanxeber.az

1Mənbələr