AZ

Marketinqdə subliminal mesajların rolu: istehlakçı davranışının şüuraltı idarə olunması

Bakı. Trend:

Marketinq artıq təkcə məhsulun keyfiyyətini və ya qiymətüstünlüyünü vurğulamaqdan ibarət deyil. Müasir istehlakçıinformasiya ilə həddindən artıq yükləndiyi üçün açıq mesajlaraqarşı daha selektiv və bəzən də laqeyd davranır. Məhz bu nöqtədəsubliminal mesajlar marketinq kommunikasiya strategiyalarındakritik rol oynamağa başlayır.

İnsanların satınalma qərarlarının böyük bir hissəsi rasionaldeyil, emosional və şüuraltı mexanizmlərlə formalaşır.Neyromarketinq araşdırmaları göstərir ki, istehlakçı bir məhsuluseçərkən çox zaman nəyə görə seçdiyini özü də tam izah edə bilmir.Bunun səbəbi qərarın şüuraltı səviyyədə verilməsidir.

Subliminal mesaj nədir və necə işləyir?

Subliminal mesaj – insanın şüurlu şəkildə fərqinə varmadan,müxtəlif vizual və ya audio elementlər vasitəsilə onun şüuraltısınaötürülən informasiyadır. Bu mesajlar sözlə ifadə olunmur; əvəzindəşəkillər, işarələr, simvollar, qısa görüntülər və ya səslərvasitəsilə beyində qeydə alınır.

Bu cür mesajların təsir mexanizmi zamanla formalaşır. Yəni,şüuraltına ötürülən informasiyalar ani reaksiya yaratmaya bilər,lakin müəyyən müddət ərzində yığıldıqdan sonra davranışlara,seçimlərə və qərarlara təsir etməyə başlayır. Məhz bu xüsusiyyətsubliminal mesajları həm güclü, həm də mübahisəli edir.

“25-ci kadr” fenomeni və tarixi mənşə

Subliminal mesajların ən məşhur tətbiq üsullarından biri “25-cikadr” texnikasıdır. İnsan beyni saniyədə təxminən 24 kadrı şüurluşəkildə qəbul edə bilir. Video materiallar isə adətən 25 kadrdanibarət olur. Bu əlavə kadr insan gözü ilə tam seçilməsə də, beyintərəfindən qeydə alınır və şüuraltına ötürülür.

Bu üsul ilk dəfə 1957-ci ildə amerikalı marketoloq James Vicarytərəfindən reklamın effektivliyini artırmaq məqsədilə tətbiqolunmuşdur. O, kinoteatrlarda film nümayişi zamanı 25-ci kadrdaekranda “Aclıq hissi gəlib? Popkorn yeyin və Coca-Cola için”mesajını yerləşdirmişdir. Təcrübənin nəticələri cəmiyyət üçünolduqca sarsıdıcı olmuşdur: popkorn satışları 57,8 %, Coca-Colasatışları isə 18 % artmışdır.

Bu fakt subliminal mesajların real təsir gücünü açıq şəkildənümayiş etdirmiş və qısa müddət ərzində ciddi etik və hüquqimüzakirələrə səbəb olmuşdur.

Qadağalar və etik mübahisələr

1960-cı illərdə bir sıra böyük şirkətlər bu texnikanıreklamlarında aktiv şəkildə istifadə etməyə başladılar. Lakinsubliminal mesajların insan iradəsinə birbaşa müdaxilə etməsi,onların qərarvermə prosesini manipulyasiya etməsi ehtimalıqanunverici orqanları hərəkətə keçməyə məcbur etdi. Nəticədə, birçox ölkədə subliminal mesajların reklam və media sahəsindəistifadəsi rəsmi şəkildə qadağan olundu.

Buna baxmayaraq, bu gün də subliminal mesajların tamamilə yoxolduğunu demək mümkün deyil. Heç bir şirkət bu üsuldan açıq şəkildəistifadə etdiyini etiraf etmir. Bunun əsas səbəbi, subliminalmesajların etik baxımdan qəbulolunmaz hesab edilməsi və insanşüuraltısının manipulyasiya edilməsi ilə əlaqələndirilməsidir.

Neyrokommunikasiya və kütlə psixologiyasındarolu

Subliminal mesajlar neyrokommunikasiya sahəsində mühüm yertutur. Onlar kütlə psixologiyasının formalaşdırılmasında, brendhaqqında düşüncənin formalaşmasında və istehlakçı davranışlarınınistiqamətləndirilməsində təsirli alət kimi qiymətləndirilir.Xüsusilə siyasi kampaniyalar, filmlər və reklam çarxlarında bu cürmesajlar daha incə formada tətbiq edilir.

Ən təhlükəli məqam isə ondan ibarətdir ki, diqqətli olmayanizləyici bu mesajların təsiri altına düşdüyünü belə dərk etmir.Nəticə olaraq, müasir marketinqin əsas məqsədi artıq “məhsulusatmaq” deyil, beyində yer tutmaqdır. Subliminal mesajlar isə buməqsədə aparan ən səssiz, lakin ən təsirli yollardan biridir.

Müjgan Məlik-Heydər

Brend Marketinqi üzrə rəhbər

Seçilən
36
az.trend.az

1Mənbələr