AZ

Sədr müavini: Gənclərimiz müasir şəhərsalma texnologiyalarını dərindən mənimsəməlidirlər

Xankəndi, 3 fevral, AZƏRTAC

Gənclərin Ümumdünya Şəhərsalma Forumunda aktiv iştirakı bizim üçün önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində “Şəhərsalma və Memarlıq İli: Gənclərin Baxışı” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin bu sahəyə cəlb edilməsi üçün müxtəlif sərgilər və müsabiqələr keçirilməlidir: "Müasir şəhərsalma layihələrində gənclərin innovativ baxışı bizim üçün əsasdır. Gənclərimiz əzmlə fəaliyyət göstərməyi öyrənməli, müasir texnologiyaları dərindən mənimsəməlidirlər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də hər zaman bu mövzuda üzərinə düşəni etməyə, gənc mütəxəssislərin inkişafına dəstək olmağa hazırdır. Xankəndidə keçirilən bu müzakirələrin faydalı olacağına inanıram. Ümid edirəm ki, gənclərimiz Ümumdünya Şəhərsalma Forumunda (WUF13) ölkəmizi layiqincə təmsil edərək ən müasir ideyalarını təqdim edəcəklər".

Seçilən
5
azertag.az

1Mənbələr