ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Venesuela 2019-cu ildən bəri ilk dəfə ABŞ-yə diplomatik nümayəndə göndərir.Demokrat.az-ın xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri İvan Xil "X" hesabında açıqlama yayıb."Feliks Plasensiya konstruktiv əməkdaşlığın təşviqi və ikitərəfli münasibətləri inkişafı məqsədilə Venesuelanın ABŞ-dəki yeni diplomatik nümayəndəsi təyin edilib", - deyə məlumatda bildirilib.Qeyd olunur ki, diplomatik missiyanın əsas işi Venesuela ilə ABŞ arasında enerji, siyasi və iqtisadi aspektləri əhatə edən maraqların, eyni zamanda fikir ayrılıqlarının qarşılıqlı hörmət əsasında nəzərdən keçirilməsi olacaq.Yeni diplomatik nümayəndənin və onun komandasının tezliklə ABŞ-yə yola düşməsi gözlənilir. (Oxu.az)Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.