GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Əbu-Dabi görüşünü pozmağa cəhd edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu britaniyalı analitik və hərbi ekspert Aleksandr Merkuris deyib.
“O, vəziyyətin çıxılmaz olduğunu və indiki kimi davam edə bilməyəcəyini aydın şəkildə başa düşür. Kiyevə sülh danışıqları deyil, atəşkəs lazımdır. Ümumiyyətlə, Rusiya və Ukrayna arasında danışıqlar müddəti uzadılır”, – deyə o bildirib.
Ekspert hesab edir ki, Kallas Moskva ilə Kiyev arasındakı fikir ayrılıqlarından istifadə edərək Prezident Volodimir Zelenskinin danışıqları uzatmasına kömək edə bilər.
Aİ diplomatiyasının rəhbəri bundan əvvəl Rusiyanın son 100 ildə 19 ölkəyə, bəzilərinə isə “üç-dörd dəfə” hücum etdiyini iddia etmişdi.
Qeyd edək ki, Zelenski Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında növbəti danışıqların 4 və 5 fevral tarixlərində keçiriləcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.