AZ

Hamlet Xanızadənin qızı: "Nəsimi rolunu atamdan alıb Rasim Balyevə verdilər"

"Atamı “Nəsimi” filminin kastinqinə çağırmışdılar. Kastinqdən keçmişdi. Nəsimi rolunda şəkilləri də qalıb".

Bu sözləri Əməkdar artist Hamlet Xanızadənin qızı Aygün Xanızadə Kulis.az-a müsahibəsində deyib.

O, sonradan rolun atasından alınıb Rasim Balayevə verildiyini qeyd edib:

"Heç vaxt heç kimin arxasınca danışmazdı. Haqq-ədaləti həmişə üstün tutardı. Bəzən bunlara görə çox əsəbiləşirdi. Bu xasiyyəti ona ailədə yox, ancaq evdə çox problem yaradıb. Atamı “Nəsimi” filminin kastinqinə çağırmışdılar. Kastinqdən keçmişdi. Nəsimi rolunda şəkilləri də qalıb. Çox oxşayırdı. Sonra nə oldusa o rolu atamdan alıb Rasim Balayevə verdilər".

Müsahibəni buradan oxuya bilərsiniz: https://kulis.az/xeber/media/hamlet-xanizadenin-qizi-flora-kerimova-atami-sevirdi-ancaq-bilirem-ki-musahibe-65415

Seçilən
38
2
kulis.az

3Mənbələr