AZ

Qırğızıstan Prezidenti siyasətçilərə: Qışqırmazdan əvvəl yeddi dəfə ölçüb-biçin

BAKI, 3 fevral. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov populizm və dövlət qurumlarına göstərilən emosional təzyiq barədə danışıb.

Teleqraf xəbər verir ki, o, bu cür halların sistemli islahatlara mane olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, son vaxtlar tez-tez belə hallar baş verir:

“Təxminən 100-200 nəfər küçəyə çıxır, qışqırmağa başlayır, səs-küy salır və dərhal tələb irəli sürür ki, hakimiyyət onların istəklərini dərhal yerinə yetirsin - bunun ölkəyə xeyri və ya ziyanı olub-olmadığını nəzərə almadan”.

Sadır Japarovun sözlərinə görə, bəzi siyasətçilər problemlərin konstruktiv həlli əvəzinə, seçicilərə xoş gəlmək üçün mikrofonu kütlənin emosiyaları ilə oynamaq məqsədilə istifadə edirlər:

“Əgər məsələ qaldırırsınızsa, onu öyrənin, təhlil edin, ölçüb-biçin. Yeddi dəfə ölçün. Bunun dövlət və insanlara xeyir gətirib-gətirməyəcəyini anlamaq vacibdir. Mən də deputat olmuşam, bəzən çıxıb qışqıraraq, gözəl danışmaq istəyi olur, bunu bilirəm. Amma nəticələr barədə düşünmək lazımdır”.

Seçilən
9
teleqraf.com

1Mənbələr