AZ

Ağ Ev Harvarddan 1 milyard dollar təzminat istəyir

"Ağ Ev Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edəcək".

"Unikal" xəbər verir ki,  ABŞ prezidenti Donald Tramp bu  barədə "Truth Social"da yazıb. 

"Son dərəcə antisemit Harvard Universiteti uğursuzluğa düçar olan "New York Times" qəzetinə çoxlu cəfəngiyat sızdırır. Biz indi 1 milyard dollar təzminat tələb edirik və Harvard Universiteti ilə artıq heç bir əlaqəmiz olmayacaq", - deyə o yazıb.

İyul ayında Harvard Universitetinin Ağ Evin tələblərini yerinə yetirməyə və münaqişənin həlli üçün 500 milyon dollara qədər vəsait ayırmağa hazır olduğunu bildirmişdi.  

Seçilən
0
unikal.az

1Mənbələr