Turist təyyarənin üzərinə çıxaraq RƏQS EDİB
Ajans.az The Sun qazetinə istinadən xəbər verir ki, kişi Vueling aviaşirkətinə məxsus təyyarənin damına çıxıb. Onun hərəkətləri terminalda gözləyən sərnişinlərdən biri tərəfindən videoya çəkilib. Videoda turistin təyyarənin üzərində gəzdiyi, nəsə qışqırdığı və ehtimal ki, vəziyyəti izləyən hava limanı əməkdaşlarına müraciət etdiyi görünür. Daha sonra o, rəqs edir, çantasından çıxardığı içkini içir, qabı yerə atır və üzərindəki ağ külək qoruyucusunu çıxararaq atır. Kişi həmçinin sinəsinə vurur və hava limanı işçilərinə səslənir. Hadisədən sonra turist təyyarənin bütün uzunluğu boyunca iki dəfə qaçıb. Onun qeyri-adekvat hərəkətləri səbəbindən uçuş təxminən iki saat gecikib.
