AZ

Çində tikilməkdə olan körpü uçdu - 5 nəfər həyatını itirdi

Çinin şərqindəki Jiangsu əyalətində tikilməkdə olan dəmir yolu körpüsü uçub, hadisə nəticəsində ölən və yaralananlar var.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.

Məlumata görə, Yueqanq körpüsünün 95 metrlik hissəsi çöküb.

Körpünün çökən hissəsində 5 işçi həyatını itirib və hadisə ilə bağlı araşdırma davam edir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr