AZ

Elon Mask rekord razılaşma ilə süni intellekt şirkətini aldı

Elon Mask süni intellekt şirkəti xAI-nin satın aldığını açıqlayıb.

“Yeni Sabah” “Reuters”ə istinadən xəbər verir ki, milyarder sahibi olduğu SpaceX tərəfindən alınan 250 milyard dollar dəyərində olan razılaşma texnologiya tarixinin ən iri satınalması kimi qiymətləndirilir.

Birləşmə nəticəsində SpaceX-in dəyəri təxminən 1 trilyon dollar səviyyəsinə yüksəlib.

Razılaşma Maskın kosmos texnologiyaları ilə süni intellekti vahid strukturda birləşdirmək strategiyasının əsas mərhələsi kimi dəyərləndirilir. SpaceX açıqlamasında uzunmüddətli perspektivdə kosmos əsaslı süni intellekt sistemlərinin yerüstü məlumat mərkəzlərinə alternativ olacağı vurğulanıb.

Müqavilə eyni zamanda SpaceX-in planlaşdırılan IPO prosesi ərəfəsində baş tutub və şirkətin gələcəkdə 1,5 trilyon dollardan artıq dəyərləndiriləcəyi bildirilir. Ekspertlər bu birləşmənin tənzimləyici qurumlar və milli təhlükəsizlik baxımından diqqətlə araşdırılacağını qeyd edirlər.


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr