Almaniya siyasətinin aparıcı simalarından biri və Federal Parlamentin keçmiş sədri Rita Süssmut 88 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, Süssmut Türkiyə ilə münasibətlərə böyük əhəmiyyət verirdi və Türk-Alman Universitetinin yaradılmasında rol oynayıb.
Baş nazir Fridrix Merts başsağlığı mesajında Süssmutu "böyük siyasətçi" və "demokratik cəmiyyətimiz üçün yol göstərici" adlandırıb.
Mert Süssmutun 1980-ci və 90-cı illərdə nazir və Parlament sədri kimi " gender bərabərliyi və qadınların siyasi təsiri baxımından nümunə və qabaqcıl" olduğunu bildirib və onun müasir və açıq cəmiyyət uğrunda mübarizəsini vurğulayıb.
Onun qurulmasına kömək etdiyi İstanbuldakı Türk-Alman Universiteti (TAU) da bəyanat yayıb: "Professor Süssmut, türk tərəfdaşları ilə birlikdə, siyasi və institusional qərar qəbul edənləri TAU-nun yaradılması ideyasına və zəruriliyinə inandırmaqda ən vacib şəxslərdən biri idi... O, Almaniya ilə Türkiyə arasında məharətlə möhkəm körpülər qurdu, həm mədəniyyətlərarası, həm də elmi dialoqu daim gücləndirdi".