"Türkiyə və Azərbaycan hər zaman bir-birinin haqlarını və həqiqətlərini müdafiə edib".
Teleqraf xəbər verir ki, bu sözləri 15 iyul xain çevriliş cəhdinin beynəlxalq ictimaiyyətə çatdırılması" layihəsi çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
"Eyni coğrafiyanı paylaşan türk xalqı olaraq biz həmişə bir-birimizin dəyərini bilmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəAzərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı diqqət və dəstəyi sayəsində aramızda çox yaxın əməkdaşlıq mövcuddur. Biz bunu xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin prosesi addım-addım izləməsində açıq şəkildə gördük. 15 İyul gecəsində də türk xalqının nümayiş etdirdiyi dirəniş ruhunun eyni şəkildə Azərbaycanlı türk qardaşlarımız tərəfindən də yaşandığını müşahidə etdik.
Türkiyədə baş verən zəlzələ zamanı isə bizə ən çox yardım edənlər azərbaycanlı qardaşlarımız oldu. Xalqlarımız arasındakı əlaqələri daha da gücləndirmək bizim borcumuzdur", - deyə B.Akgün əlavə edib.