AZ

Sığortaolunanların uçotu yalnız bu vasitə ilə aparılacaq

Bakı. Trend:

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsiləaparılacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, dövlət sosial sığorta sistemində elektronxidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqimütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını vətəkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosialsığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsinşəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) iləəlaqələndirilir.

Vurğulanıb ki, hazırda sığortaedənlər tərəfindən muzdlu işləəlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİNməlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır vəsistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Həmçinin, əksərdövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİNüzərindən aparılır.

Bununla əlaqədar sığortaolunanların sığortaçıda uçotunun yalnızFİN ilə aparılması məqsədilə “Azərbaycan Respublikasının ƏməkMəcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçothaqqında” və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikedilməsi ilə bağlı layihə hazırlanıb.

Qanun layihəsində sığortaolunanların sığortaçıdauçotunun yalnız FİN ilə aparılması təklif edilir.

Əlavə edilib ki, bu dəyişikliklər sosial sığorta sistemindəməlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək,eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraqe-sistemlərin inteqrasiyasını sürətləndirəcək.

Qeyd edilib ki, sözügedən layihənin qəbul edilməsi sosialsığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi vəsəmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda,sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığortanömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və yabaşqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyacqalmayacaq.

Seçilən
4
14
az.trend.az

10Mənbələr