Ajans.az-ın Reuters agentliyinə istinadən xəbər verir ki, rüsum hər gün saat 09:00-dan 21:00-dək tətbiq olunacaq və yalnız turistlərə şamil ediləcək. Altı yaşadək uşaqlar, əlilliyi olan şəxslər və onları müşayiət edən şəxslər ödənişdən azad ediləcək. Qeyd olunur ki, Trevi fəvvarəsinin yerləşdiyi meydana giriş açıq qalacaq. Rüsum yalnız birbaşa fəvvarəyə yaxınlaşmaq istəyən ziyarətçilərdən alınacaq. XVIII əsrin ortalarında inşa edilən Trevi fəvvarəsi Romanın ən məşhur tarixi və turistik məkanlarından biri hesab olunur. Məlumata görə, 2025-ci ildə fəvvarəni təxminən 10 milyon turist ziyarət edib.