Sərhədçi İdman Mərkəzində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş XI “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən yarışlar 30-31 yanvar tarixlərində beynəlxalq, 1 fevral tarixində isə uşaqlar arasında ölkədaxili turnir formatında reallaşıb.
Uşaqların turnirində iştirakçılar arasında 10 yaşlı Seymur Mustafazadə də olub. Cəmi 1 ildir karate ilə məşğul karateçi 40 kq çəki dərəcəsində yarışıb.
Sumqayıt Paralimpiya İdman Kompleksinin təmsilçisi olan Mustafazadə uğurlu çıxış edərək qalib olub və qızıl medal qazanıb.

