Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Azvvallet” MMC-yəicrası məcburi olan göstəriş verilib.
Trend bubarədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödənişxidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan RespublikasıQanununun 3.1.3 maddəsi üzrə nəzərdə tutulan ekvayrinq xidmətinindayandırılması barədə “Azvvallet” MMC-yə icrası məcburi olangöstəriş verilib”, - məlumatda qeyd edilib.