ABŞ İrana razılaşmanın mümkün olduğuna dair siqnallar göndərir, lakin Vaşinqtonun təklifləri ultimatuma bərabərdir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, bugünkü Vaşinqton leksikonunda "kompromis" sözünün olub-olmadığından əmin olmadığını söyləyib.
Ryabkov vurğulayıb ki, ABŞ-ın İrana təklifləri ultimatumlara bərabərdir və Vaşinqton xarici siyasətdə kompromis axtarmağı dayandırıb.