AZ

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur, külək əsir – FAKTİKİ HAVA  

Fevralın 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərur, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 millimetrdir.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 metrədək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan Muxtar Respublikasında 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.

Seçilən
41
31
azerbaijan-news.az

10Mənbələr