
İsrailə hücum edən hər kəs bunun nəticələri ilə üzləşəcək.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Parlamentinin qurulmasının 77-ci ildönümü zamanı çıxışında deyib.
"Biz ayıq-sayıq və hər hansı bir hadisəyə hazırıq. Bizə hücum edən hər kəs dözülməz nəticələrlə üzləşəcək”,-nazir bildirib.
İranla bağlı açıqlama verən Netanyahu qarşıda daha çox çətinlik və sınaqların olduğunu qeyd edib.
İlahə Qənbərli
Missiya.Az