AZ

"Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb"

Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb.

Maja.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, bunun əvəzinə ölkə ABŞ-dan və bəlkə də Venesueladan daha çox neft almağa başlayacaq ki, bu da Rusiya və Ukrayna arasındakı hərbi münaqişəyə "son qoymağa kömək edəcək".

Bundan əlavə, Vaşinqton və Nyu-Dehli razılaşıblar ki, ABŞ Hindistan mallarına tətbiq olunan idxal rüsumlarını 18%-ə endirəcək.

2025-ci ilin avqustunda Tramp Hindistandan idxala əlavə 25% rüsum tətbiq edən fərman imzalayıb — səbəb kimi bu ölkənin Rusiya neftini "birbaşa və ya dolayı yolla" alması göstərilib.

Seçilən
5
marja.az

1Mənbələr