AZ

"Azeri Light" neftinin qiyməti dünya bazarlarında ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bir barel Azərbaycan nefti 3,63 ABŞ dolları və ya 4,95% ucuzlaşaraq 69,72 ABŞ dollarına düşüb.

Bundan əvvəl "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,35 ABŞ dolları səviyyəsində olub.

Qeyd edək ki, 2026-cı il üzrə Azərbaycanın dövlət büdcəsində "Azeri Light" neftinin orta qiyməti 1 barel üçün 65 ABŞ dolları həcmində nəzərdə tutulub.

Seçilən
10
far.az

1Mənbələr