Ukraynalı hücumçu Roman Yaremçuk karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, "Olimpik Lion"a keçib.
Sözügedən klub futbolçunun keçidini rəsmən açıqlayıb. 30 yaşlı hücumçu "Olimpiakos"dan icarəyə götürülüb. Onunla imzalanan müqavilənin müddəti mövsümün sonuna qədərdir.
"Transfermarkt"ın məlumatına görə, lionlular icarə üçün Yunanıstan klubuna 1,5 milyon avro ödəyəcəklər.
Yaremçuk 2024-cü ilin yayında "Olimpiakos"a qoşulub. Bu mövsüm hücumçu 16 oyunda 4 qol vurub (hamısı Yunanıstan Kubokunda) və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Olimpik Lion" hazırda Fransa çempionatında 39 xalla dördüncü yerdədir.
Kiyev "Dinamo"sunun yetirməsi olan Yaremçuk əvvəllər "Gent", "Benfika", "Brugge" və "Valensiya" klublarında oynayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta