2 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Azərbaycan Toksikoloqlar Dərnəyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən “Dəm qazı ilə zəhərlənmə: diaqnostika və müalicə” mövzusunda onlayn vebinar təşkil olunub.
Vebinarda Təcili Tibbi Yardım xidmətində, eləcə də dövlət və özəl tibb müəssisələrində fəaliyyət göstərən 300-dən artıq həkim iştirak edib.
Tədbirdə məruzə ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, Azərbaycan Toksikoloqlar Dərnəyinin üzvü, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev dəm qazı ilə zəhərlənmənin əsas anlayışları, patofiziologiyası, diaqnostika və differensial diaqnostika üsulları, ümumi müalicə prinsipləri, antidot terapiyasının xüsusiyyətləri, ağırlaşmaların qarşısının alınması, kütləvi hadisələr zamanı həkimlərin taktiki yanaşmaları və digər aktual mövzular barədə ətraflı məlumat verib.
Vebinarın sonunda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb və mövzu ətrafında faydalı müzakirələr aparılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta