
İran gərginliyi azaltmaq məqsədi ilə zənginləşdirilmiş uranın bir hissəsini Rusiyaya ötürməyə hazırdır.
Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti İranın adı açıqlanmayan iki yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, bu çərçivədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ali Rəhbər Seyid Əli Xameneinin mesajını Kreml rəhbərliyinə çatdırıb.
Kreml də yaydığı açıqlamada İranın nüvə materiallarının Rusiyaya ötürülməsi məsələsinin uzun müddətdir danışıqlar masasında olduğunu və tərəflər arasında bu istiqamətdə təmasların davam etdiyini təsdiqləyib.
Qeyd olunub ki, Laricaninin müavini Əli Baqiri “New York Times” qəzetinin hesabatının dərc olunduğu saatlarda İranın zənginləşdirilmiş uran ehtiyatlarının xaricə ötürülməsinin gündəlikdə olmadığını iddia edib. Xameneinin müşaviri Əli Şəmxani də eyni açıqlamanı verib.
Daşqın HəsənovMissiya.Az