AZ

Cari tədris ilində neçə tələbə təhsil kreditindən yararlanıb?

Bakı, 3 fevral, Aysel Azadqızı, AZƏRTAC

2025-2026-cı tədris ilinin payız semestri üzrə Təhsil Tələbə Krediti Fondunun “e-ttkf.edu.az” elektron portalına 16 min 537 müraciət daxil olub.

Fonddan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, cari tədris ilində 14 min 281 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib.

Rəsmiləşdirilən müqavilələrin 5005-i sosial, 9276-sı isə standart növ təhsil tələbə kreditidir.

Statistikaya əsasən payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciət edənlərin 4746-sı (33 faizi) kişi, 9535-i (67 faiz) isə qadındır.

Seçilən
14
3
azertag.az

4Mənbələr