AZ

Mask bu şirkətləri birləşdirdi

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Amerikalı milyarder və iş adamı İlon Maskın “SpaceX” kosmik şirkəti onun “xAI” süni intellekt (Sİ) şirkəti ilə birləşib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “SpaceX” şirkətinin mətbuat üçün bəyanatında öz əksini tapıb.

Bəyanata görə, süni intellektin inkişafı çoxlu miqdarda enerji tələb edir, lakin Yer kürəsində ətraf mühitə zərər vermədən onu tam istehsal etmək üçün kifayət qədər resurs yoxdur.

İki şirkət arasında bu birləşmə gələcəkdə süni intellekt məlumat mərkəzlərinin kosmosda yerləşməsinə və günəş enerjisi ilə təchiz olunmasına imkan verəcək.

Digər tərəfdən, İlon Mask “Xaı”nin “SpaceX”lə birləşməsinin Yer üzündə və ondan kənarda ən iddialı, şaquli inteqrasiya olunmuş innovasiya mühərriki yaratmaq məqsədi daşıydığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
yeniavaz.com

1Mənbələr