“Real Madrid”in baş məşqçisi Alvaro Arbeolanın yaxın vaxtlarda vəzifəsindən ayrılacağı ehtimal olunur. Mütəxəssis komandanın “Benfika”ya məğlubiyyətindən sonra ciddi tənqidlərə məruz qalıb.
Vətəninfo.az xəbər verir ki, sözügedən məğlubiyyət “Real Madrid”in Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmasına mane olub. Madrid təmsilçisi turnirin finalında “Benfika”ya 2:4 hesabı ilə uduzub.
Beynəlxalq idman mediasında yayılan xəbərlərə görə, klub rəhbərliyi Arbeolanın bu ayın əvvəlində baş məşqçi postundan uzaqlaşdırılması variantını nəzərdən keçirir.
Xatırladaq ki, Alvaro Arbeola 12 yanvar tarixində “Real Madrid”in baş məşqçisi təyin olunmuşdu. O, bu vəzifədə Xabi Alonsonu əvəz edib.