AZ

Qvardiolanın yerinə 3 namizəd açıqlandı: Görün kimlərdir

Pep Qvardiolanın postundan ayrılacağı halda “Mançester Siti”nin yeni baş məşqçisi vəzifəsinə əsas namizədlərin siyahısı məlum olub.

Publika.az xəbər verir ki, “Real”ın sabiq baş məşqçisi Xabi Alonso, “Çelsi”nin keçmiş çalışdırıcısı Enzo Mareska və “Komo”nun hazırkı baş məşqçisi Sesk Fabreqas ispaniyalı mütəxəssisi əvəz edə bilərlər. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Bəzi mənbəlrə Qvardiolanın cari mövsümün sonunda “Mançester Siti”dən ayrıla biləcəyini iddia edir. Buna görə də onu əvəz edəcək baş məşqçilərin mümkün siyahısı hazırlanır.

Pep 2016-cı ilin yayından “Mançester Siti”nin baş məşqçisi vəzifəsini icra edir. Onun rəhbərliyi altında komanda 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu qazanıb. 2023-cü ildə isə “şəhərlilər” Çempionlar Liqasının qalibi olublar.

Seçilən
11
publika.az

1Mənbələr