AZ

Xameneinin müşaviri: "ABŞ-İran dialoqunda qarşılıqlı güzəşt lazımdır" | VİDEO

Bu sözləri İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri Əli Şəmxani Livanın "Al Mayadeen" telekanalınamüsahibəsindədilə gətirib. O bildirib ki, Tehranın nüvə proqramı yalnız dinc xarakter daşıyır:"Uranın 60%-dək zənginləşdirilməsi əvvəla İranın düşmənlərinin planlarına qarşı çıxmaq, ikincisi isə danışıqlara hazırlaşmaq məqsədi daşıyır".

Əli Şəmxani həmçinin Tehran-Vaşinqton dialoqu məsələsinə də toxunub. O vurğulayıb ki, dolayı əlaqələr vasitəsilə qarşılıqlı anlaşma baş tutarsa, birbaşa danışıqlar da mümkündür:"Danışıqlar üçün iki şərt əsasdır: birincisi, dialoq hədə-qorxu mühitində aparılmamalı, ikincisi isə, məntiqsiz və əsassız tələblər irəli sürülməməlidir".

Məlumat üçün bildirək ki, fevralın 6-da İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun İstanbulda görüşü gözlənilir. Onlar Tehranın nüvə proqramı məsələsi ətrafında müzakirələr aparacaqlar.

Firudin Həmidli
AzVision.az
Seçilən
19
50
azvision.az

10Mənbələr