Gəncədə 24 yaşlı gəncin ölümü faktı ilə bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi başlanıb.
Gəncə Şəhər Prokurorluğunun məlumatına görə, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi və sonradan aldığı xəsarətlərdən vəfat etməsi barədə prokurorluğa məlumat daxil olub.
İlkin istintaq tədbirləri nəticəsində cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. M.Hacıyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda hadisənin başvermə şəraiti və motivləri araşdırılır, istintaq tədbirləri davam etdirilir.