Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyəli aktyor Haldun Dormenin vəfatından cəmi bir həftə sonra ailəsinin keçirdiyi doğum günü mərasimi sosial mediada böyük müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, aktyorun nəvəsi Alyanın doğum günündən olan fotolar ailənin yaxın dostu tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımlardan sonra sosial media istifadəçilərinin bir qismi ailənin yas müddətində şənlik təşkil etmələrini aktyorun xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.
Tənqidlər arasında "Rəhmətliyin 40-ı çıxardı barı", "Bizim mədəniyyətimizdə dünyasını dəyişənə hörmət var", "Deyək ki, məclis təşkil etmisiniz, paylaşmaq niyə?" kimi şərhlər yer alıb.
Qeyd edək ki, usta sənətçi keçirdiyi infeksiya səbəbilə müalicə aldığı xəstəxanada vəfat edib.












Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.