“İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.
“Valyuta.az” xəbər verir ki, müsabiqə çağrı mərkəzi xidmətlərinin avtomatlaşdırılması, süni intellekt əsaslı səsli agentin və zənglərin süni intellektlə təhlili platformasının qurulması və tətbiqi üzrə xidmətlərin satın alınmasını nəzərdə tutur.
Satınalmanın ehtimal olunan dəyəri 1.200.001 manat təşkil edir.
Tender 12 fevral tarixinədək davam edəcək.


