AZ

Türkiyədə terror təşkilatına qarşı əməliyyat – 90-dan çox saxlanılan var

Bakı. Trend:

Türkiyənin mərkəzi İstanbul olmaqla 22 vilayətindəMarksist-Leninist Kommunist Partiyası (MLKP) adlı silahlı terrortəşkilatına qarşı əlaqələndirilmiş geniş-miqyaslı əməliyyatlarkeçirilib.

Trend xəbər verirki, bu haqda Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi“Nsosyal” səhifəsində məlumat paylaşıb.

Nazir qeyd edib ki, silahlı terror təşkilatının mətbuat vəgənclər strukturları üzərindən fəaliyyət göstərən şübhəlilərə qarşıaparılan cinayət-axtarış tədbirləri nəticəsində İstanbul, Ankara vəİzmir də daxil olmaqla 22 vilayətdə əməliyyatlar həyatakeçirilib.

Yerlikaya əməliyyatlar zamanı 96 şübhəlinin saxlanıldığınıaçıqlayıb.

Nazir bildirib ki, təşkilatın gənclər, mətbuat və təbliğatstrukturları daxilində fəaliyyət göstərdikləri, təşkilatın yüksəksəviyyəli rəhbərlərinin də qatıldığı onlayn toplantılar vasitəsiləgöstərişlər alıblar.

“Terrora qarşı mübarizəmiz təkcə hüquq-mühafizə orqanlarımızınsahədə apardığı əməliyyatlarla məhdudlaşmır, bu mübarizətəhlükəsizlik, kəşfiyyat, kommunikasiya və beynəlxalq əməkdaşlığıəhatə edən çoxşaxəli fəaliyyətə əsaslanır. Ölkəmizin bütünbölgələrində əmin-amanlığı və sabitliyi təmin etmək üçünmübarizəmizi davam etdiririk. Respublika Baş Prokurorluğumuzu,Polis İdarəmizi, qəhrəman polis əməkdaşlarımızı və əməyi keçən hərkəsi təbrik edirəm", - Yerlikaya bildirib.

Məqalədə:
Seçilən
5
4
az.trend.az

5Mənbələr