AZ

Dünya bazarında neft ucuzlaşdı

Dünya bazarında neft ucuzlaşıb.

Banco.az xəbər ki, Londonun ICE Futures birjasında aprel ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti  əvvəlki bağlanışla müqayisədə 0,39 dollar (0,59%) az, barel üçün 65,91 dollar təşkil edib. Bazar ertəsi günü bu müqavilələr 3,02 dollar (4,36%) azalaraq barel üçün 66,30 dollara düşüb.

 Nyu-York Ticarət Birjasında (NYMEX) mart ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti elektron ticarətdə 0,31 dollar (0,50%) azalaraq bir barel üçün 61,83 dollara düşüb. Əvvəlki sessiyada onların qiyməti 3,07 dollar (4,71%) azalaraq bir barel üçün 62,14 dollara düşüb.

Çərşənbə axşamı günü geosiyasi gərginliyin azalması aşağı istiqamətli tendensiyanı dəstəkləyir.

Seçilən
12
1
banco.az

2Mənbələr