AZ

Dünyada ilk uşaq xərçəngi peyvəndinin sınaqları Avstraliyada başlayır

Bakı, 3 fevral, AZƏRTAC

Avstraliyada müalicəyə davamlı beyin şişləri olan uşaqlar üçün hazırlanmış xərçəng peyvəndinin dünyanın ilk klinik sınaqlarına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, Kvinslend Universitetinin məlumatına görə, “PaedNEO-VAX” adlı peyvəndin sınaqları ölkənin beş ştatında yerləşən səkkiz uşaq xəstəxanasında keçiriləcək.

Peyvənd hər bir xəstə üçün genetik markerlər əsasında fərdiləşdiriləcək. Klinik sınaqlarda beyin xərçəngi diaqnozu qoyulmuş və gözlənilən ömür müddəti 24 aydan çox olmayan 70 uşaq iştirak edəcək.

Yeni preparat mRNA texnologiyası əsasında hazırlanıb və ağır beyin xərçəngi formalarının müalicəsində innovativ yanaşma kimi qiymətləndirilir.

Seçilən
10
2
azertag.az

3Mənbələr