AZ

Gəncədə 24 yaşlı futbolçubıçaqlandı

Gəncədə futbolçunu bıçaqlayan şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Redaktor.az xəbər verir ki, DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

***

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V. Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçudur.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
1
redaktor.az

3Mənbələr