AZ

Buzovnada gün ərzində elektrik enerjisinin verilişində fasilə olacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin məlumatına görə, fasilə Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılacaq planlı təmir işləri ilə əlaqədardır.

Məlumata əsasən, saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsinin Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov və Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Qurum bildirir ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
8
anews.az

1Mənbələr